Yuxarı

​Saakaşvili səsverməyə velosiped ilə gəlib

Qubernator seçiləcək məmurlarla işləməyə hazır olduğunu bildirib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili seçki məntəqəsinə velosiped ilə gəlib.

"Report" xəbər verir ki, bu barədə yerli "Pervıy qorodskoy" portalı məlumat yayıb.

"Bu gün bizim şəhərin taleyi həll olunur. Əgər fəal olarıqsa, şəhər çiçəklənəcək, yox əgər əvvəlki kimi olacağıqsa, o zaman elə bataqlıqda qalacağıq", — deyə Saakaşvili qeyd edib.

Qubernator bildirib ki, səsvermə onun üçün xüsusi hadisədir, çünki o Ukraynada keçirilən seçkilərdə birinci dəfədir iştirak edir. Saakaşvili, həmçinin inandırıb ki, Odessa sakinlərinin seçəcəkləri məmurlarla işləməyə hazırdır.

Bu gün Ukraynada yerli idarəetmə orqanlarına seçkilər keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi