Yuxarı

Rza Zərrabın müsadirə edilmiş pulları geri qaytarılıb

Qaytarılan pulun üstünə bir ildə 55 min lirə faiz gəlib

Bakı. 23 dekabr. REPORT.AZ/ 2013-cü il dekabrın 17-də korrupsiya və rüşvət əməliyyatında ifadə vermək üçün saxlanılmış türkiyəli iş adamı Rza Zərrabla birlikdə Abdulla Habbaninin müsadirə edilmiş bir milyon lirəsi, 800 min avrosu, iki kiloqram qızılı və 60 min dolları, 55 min lirəlik faizi geri qaytarılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, dekabrın 17-də Rza Zərrabla birlikdə "rüşvət alma və rüşvət verməyə vasitəçilik etmə" və "cinayət işlətmək məqsədilə dəstə qurmaq" ittihamları əsasında tutulan Abdullah Habbaninin işlədiyi yerdə müsadirə edilən pullar bu gün faizi ilə təhvil verilib.

Rza Zərraba yaxınlığı ilə tanınan Habbaninin ədliyyədəki pullarının üstünə bir ildə 55 min lirə faiz gəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi