Rusiyaya qara qar yağıb - VİDEO

Rusiyaya qara qar yağıb - VİDEO Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyanın Novosibirsk şəhərində qara rəngdə qar yağıb, bəzi yerlərdə qarın qalınlığı bir neçə santimetrə çatıb.
Maraqlı
22 Dekabr , 2017 15:24
Rusiyaya qara qar yağıb - VİDEO

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyanın Novosibirsk şəhərində qara rəngdə qar yağıb, bəzi yerlərdə qarın qalınlığı bir neçə santimetrə çatıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, qara kül formasında olan yağıntı şəhərdə təpəciklər əmələ gətirib.

Eyni zamanda yağıntı paltarların üzərində də qalır.

Bu yağıntıların mənbəyi kömür-mazut yanacağı ilə fəaliyyət göstərən zavodun qazanxanasıdır.

Novosibirsk meri Anatoli Lokot sakinlərin şikayəti əsasında Novosibirsk Elektrovoz Təmiri Zavodundan (NETZ) qazanxananı qazla işlətmək prosesinə keçidi sürətləndirməyi tələb edib.

Son xəbərlər

Orphus sistemi