Rusiyadan ölkəmizə gətirilmiş nadir bizon nəsil artırıb - FOTO

Rusiyadan ölkəmizə gətirilmiş nadir bizon nəsil artırıb - FOTO Heyvanların sağlamlığı baytarlar tərəfindən nəzarətə götürülüb
Maraqlı
23 Aprel , 2016 00:56
Rusiyadan ölkəmizə gətirilmiş nadir bizon nəsil artırıb - FOTO

Bakı. 23 aprel. REPORT.AZ/Azərbaycan faunasına aid olmayan, Rusiyanın şimal vilayətindən bir il bundan əvvəl respublikamıza gətirilmiş 2 baş bizon nəsil artırıb. "Report" xəbər verir ki, heyvanlar yerli mühitə uyğunlaşdıqdan sonra onlardan bir dişi bala əldə olunub.

Hazırda Xızı rayonunun meşə massivində saxlanılan bizonlar buranın təbii mühütünə uyğunlaşıb və nəslini artırma imkanı daha əlverişli sayılır. Bu heyvanları qoruyub artırmaq üçün meşə, tala və yarımsəhra ərazilərin olması vacib sayılır. Onlar xüsusi mühafizə olunur. Bizonların sağlamlığı baytarlar tərəfindən nəzarətə götürülüb.

Bu heyvanların bir sıra xüsusiyyəti var: - nəsli kəsilməkdə olan bizonlar vəhşi təbiətə uyğunlaşırlar, onlar öz nəsillərini qorumaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, bir neçə il əvvəl Qobustan ərazisində bizona aid olan sümüklər, bu heyvanın sümüklərindən düzəldilmiş əşyalar tapılıb. Qobustan qaya rəsmlərində bizon təsvidlərinə rast gəlmək mümkündür.

Lakin yer quruluşunun fövqəladə dəyişikliyinin baş verməsi səbəbindən bəzi canlılar kimi bizonların da böyük qismi məhv olub.

Hazırda dünyanın bir sıra ölkələrində az sayda mövcud olan bu heyvanlar nəsli kəsilməkdə olan canlılar qrupuna aid edilir. 

Son xəbərlər

Orphus sistemi