​Rusiyada yaşı 260 milyon il olan daş tapılıb

​Rusiyada yaşı 260 milyon il olan daş tapılıb Daşın çəkisi 200 kq.-ya yaxındır
Maraqlı
14 Mart , 2015 18:49
​Rusiyada yaşı 260 milyon il olan daş tapılıb

Bakı. 14 mart. REPORT.AZ/ Kuzbassda alimlərin sözlərinə görə, yaşı 260 milyon il olan uçan boşqab şəkilli daş aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə regionun Diyarşünaslıq Muzeyinin Təbiət şöbəsinin müdiri Nataliya Demidenkoya istinadən “İnterfax” məlumat yayıb.

“Daş Perm dövrünün qatlarında tapılıb. Disk daşlaşmış gildən ibarətdir. Buna baxmayaraq daş olduqca möhkəmdir. Bu onun tərkibində kalsitin çox olması ilə izah olunur”, - deyə Demidenko bildirib.

Daşın çəkisi 200 kq.-ya yaxındır. Önun diametr ölçüləri 80-85 sm-ə çatır. 

Son xəbərlər

Orphus sistemi