Yuxarı

​Rusiyada sükan arxasında siqaret çəkmək qadağan edilə bilər

Bu tədbirin yol qəzalarının sayını azaldacağı bildirilir

Bakı. 12 mart. REPORT.AZ/ Rusiya Gənclər Birliyi (RGB) istənilən kateqoriyalı sürücülərə sükan arxasında siqaret çəkməyin qadağan olunmasını təklif edir.

"Report" "Utro.ru"ya istinadən xəbər verir ki, təklif artıq Dövlət Dumasının Nəqliyyat komitəsinin sədri Yevgeni Moskviçevə göndərilib.

RGB əmindir ki, bu tədbir yol qəzalarının sayını azaldacaq və yollarda hərəkəti daha təhlükəsiz edəcək. Birliyin məlumatına görə, qəzalar çox vaxt sürücülərin təhlükəsizlik texnikasını pozması nəticəsində baş verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi