Yuxarı

​Rusiyada su altında qalan zooparkda heyvanların təxliyəsi bərpa olunub - VİDEO

Onlar yaxınlıqdakı sirkin binasına daşınır

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın Ussuriysk şəhərində su basmış zooparkdan heyvanların xilas edilməsi üzrə ötən gün dayandırılan əməliyyat bərpa olunub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorye üzrə İdarəsinin nümayəndəsi məlumat verib.

Məlumata görə, ötən gün axşam "Mi-26" tipli vertolyot şirin olduğu qəfəsi təhlükəsiz zonaya aparıb. Qaranlıq düşdüyündən təhlükəsizlik məqsədi ilə heyvanların təxliyəsi dayandırılıb.

Zoopark sakinlərinin vəziyyəti baytarların nəzarəti altındadır. Heyvanların həyatı üçün heç bir təhlükə yoxdur. Onlar yaxınlıqda yerləşən sirkin binasına daşınırlar.

"Yaşıl ada" özəl heyvanat parkı avqustun 30-da su altında qalıb. Bir neçə heyvan suda boğularaq ölüb. "Canlılarla sərt davranma" maddəsi üzrə cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi