​Rusiyada səhlənkar pilotların "qara siyahı"sı yaradıla bilər

​Rusiyada səhlənkar pilotların "qara siyahı"sı yaradıla bilər Deputat: "Belə bir siyahının yaradılması bədbəxt hadisələrin sayını azaldacaq"
Maraqlı
27 Yanvar , 2015 03:13
​Rusiyada səhlənkar pilotların qara siyahısı yaradıla bilər

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiya Dövlət Dumasının Nəqliyyat Komitəsi sədrinin birinci müavini Vitali Yefimov işində qanun pozuntusuna yol verən təyyarəçi və dispetçerlərin "qara siyahı"sının yaradılması təklifi ilə Hava Nəqliyyatı Federal Agentliyinə (HNFA) göndərmək üçün məktub hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti yazıb.

Yefimovun fikrincə, belə bir siyahının yaradılması səmada insan amili səbəbindən baş verən bədbəxt hadisələrin sayını azaldacaq.

"Sərxoş vəziyyətdə yaxalanan pilotları ilk dəfədən işdən çıxartmaq lazımdır. Onlar ayda 400-500 min rubl alırlar. Ümumi istifadə üçün reyestr yaradılmalı və sayta yerləşdirilməlidir", - deyə nəşr parlamentarinin sözlərini sitat gətirir.

Deputatın belə bir təşəbbüslə çıxış etməsinə HNFA-nın 2014-cü il üzrə sərxoş pilotların siyahısını dərc etməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi