Yuxarı

Rusiyada evində şir saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub - FOTO

Polis yırtıcının bütün sənədlərinin qaydasında olduğunu bildirib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Rusiyanın Saratov vilayətinin Engels şəhərində evində şir balası saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin "Engelskoe" Bələdiyyələrarası İdarəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, oktyabrın 6-da Tin-Zinya rayonu ərazisində şir balası görən yerli sakinlər bu barədə polisə məlumat veriblər. Məlumat öz təsdiqini tapıb. Məlum olub ki, Azərbaycandan olan ailə yaxın vaxtlarda daha bir şir balası almaq niyyətindədir.

"Bizim evdə belə heyvanların saxlanmasını qadağan etmək hüququmuz yoxdur. Şir balası peyvənd olunub, onun bütün lazımi sənədləri var", - deyə polisdən bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi