Bakı. 15 mart. REPORT.AZ/ ABŞ-da Amerika və Rusiya vətəndaşlığı olan Yusif Abramov adlı şəxs Rusiyaya səfərləri zamanı uşaqlara qarşı törətdiyi cinsi zorakılıq əməllərinə görə 150 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, 58 yaşlı Y.Abramov 2015-ci ilin noyabrında müqəssir bilinib.
Cani 2014-cü ilin aprelində Rusiya və Amerika hüquq-mühafizə orqanlarının birgə təhqiqatı nəticəsində həbs olunub.