Rusiya telekanalları eyni vaxtda eyni ekspertləri canlı yayımda nümayiş etdirib - VİDEO

Rusiya telekanalları eyni vaxtda eyni ekspertləri canlı yayımda nümayiş etdirib - VİDEO Onların yayımı bir neçə dəqiqəyə qədər dəqiqliklə üst-üstə düşüb
Maraqlı
10 Mart , 2016 07:55
Rusiya telekanalları eyni vaxtda eyni ekspertləri canlı yayımda nümayiş etdirib - VİDEO

Bakı. 10 mart. REPORT.AZ/ Rusiyanın iki telekanalı canlı yayımla eyni vaxtda eyni ekspertlərlə tok-şou nümayiş etdirib.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, ekspertlər fevralın 29-da eyni anda həm "Birinci kanal"ın "Zaman göstərəcək" ("Vremya pokajet"), həm də NTV-də "Görüş yeri" ("Mesto vstreçi") verilişlərində canlı efirdə olublar.

Onların yayımı bir neçə dəqiqəyə qədər dəqiqliklə üst-üstə düşüb. "Birinci kanal"da aktyor Valeri Nikolayev və yol qəzasına düşməsi, NTV-nin efirində isə Suriyada sülhlə bağlı vəziyyət müzakirə olunub.

"Zaman göstərəcək" verilişinin aparıcısı Tolstoy 13-cü dəqiqədə studiyada olan Dövlət Dumasının deputatı Mixail Starşinovun digər canlı yayımda da çıxış etdiyi barədə məlumat alır və deputata hazırda digər kanalda başqa bir mövzunu müzakirə etdiyini bildirir.

Bundan əlavə, hər iki kanalın efirində başqa eyni ekspertlər də iştirak edir. Onlar hər iki canlı efirdə eyni geyimdə olublar. Eyni zamanda tok-şoy formatlarının bənzərliyi (aparıcılar - qadın və kişi), həmçinin studiyaların oxşarlığı qeyd olunur.

Son xəbərlər

Orphus sistemi