Rusiya səmasında meteorit yanıb - VİDEO

Rusiya səmasında meteorit yanıb - VİDEO Dağıntılar və xəsarət alanlar yoxdur
Maraqlı
9 Yanvar , 2017 14:03
Rusiya səmasında meteorit yanıb - VİDEO

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyanın Arxangelsk vilayətinin səmasında meteorit yerə çatmamış yanıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Yanvarın 8-də gecə saatlarında Arxangelsk vilayətində sıx atmosfer qatlarında meteorit yanıb. O, yerə qədər gəlib çatmayıb. Şahidlər səmada partlayış görüblər" - vilayətin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata görə, bu hadisə heç bir fəsad yaratmayıb, dağıntılar və xəsarət alanlar yoxdur.

Son xəbərlər

Orphus sistemi