Rusiya qazla işləyən avtobuslara 3 milyard rubl xərcləyəcək

Rusiya qazla işləyən avtobuslara 3 milyard rubl xərcləyəcək Rusiya höküməti nəqliyyatda daha ucuz yanacaq növlərindən istifadəni həvəsləndirmək istəyir
Maraqlı
20 İyul , 2015 20:31
Rusiya qazla işləyən avtobuslara 3 milyard rubl xərcləyəcək

Bakı. 20 iyul. REPORT.AZ/ Rusiya höküməti ölkə regionlarında nəqliyyat vasitələrinin daha ucuz yanacaqdan istifadə etməsini dəstəkləyən planın icrasına başlayıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, həmin plan çərçivəsində Rusiya regionlarına qazla işləyən avtobusların alınması üçün subsidiya ayrılacaq.

Rusiya Nazirlər Kabinetinin saytında dərc olunan məlumata əsasən, ayrılan vəsait hesabına, o cümlədən, qazla işləyən kommunal təsərrüfat texnikasını da almaq mümkün olacaq.

Bu məqsədlərə Rusiyanın 23 regionuna ümumilikdə büdcədən 3 milyard rubl ayrılır.

Qaz yanacağında işləyən texnika ilə regionların təchizatı hökümətin antiböhran siyasəti və "Sənayenin inkişafı və rəqabət qabiliyyətinin artırılması" dövlət proqramı ilə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi