Yuxarı
    Bağlamaq

    Rumıniya sakini məhkəmədə sağ olduğunu sübut edə bilməyib

    Bakı. 17 mart. REPORT.AZ/ Rumıniyanın Vasluy kəndinin 63 yaşlı sakini, ölməsi faktı 2016-cı ildə qəbul edilən Konstantin Reliu məhkəmədə sağ olduğunu sübut edə və vəfatı barədə şəhadətnaməni ləğv etdirə bilməyib.

    "Report" xəbər verir ki, bu barədə "Agerpres" məlumat yayıb.

    Bildirilir ki, o, məhkəməyə çox gec müraciət etdiyindən prosesi uda bilməyib. İndi Konstantin Reliu hüquqi cəhətdən ölü sayılır.

    "Yaşamağıma baxmayaraq sənədlərə görə mən ölüyəm. Heç bir gəlir mənbəyim yoxdur. Ölü kimi qəbul edildiyimdən işləyə bilmir, bu ölkədə heç nə edə bilmirəm", - deyə Reliu məhkəmədə deyib.

    O, 1992-ci ildə işləmək üçün Rumıniyadan Türkiyəyə gedib. Ailəsi ilə fikir ayrıldığı səbəbindən yaxınları ilə əlaqəsini itirib. 2013-cü ildə Reliunun həyat yoldaşı ondan heç bir xəbər ala bilmədiyina görə, məhkəməyə müraciət edərək ərinin ölü kimi tanınmasını xahiş edib. Məhkəmə 2016-cı ildə qadının iddiasını təmin edib.

    Bu il Türkiyənin müvafiq orqanları Konstantin Reliunun bu ölkədə olma müddətinin başa çatması səbəbindən onu ölkədən çıxararaq Rumıniyaya göndəriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi