Yuxarı

​Rumın hakeri Hillari Klintonun elektron poçtunun parolunu ələ keçirib

Marsel Leksel Lazar  Klintonla Blyumental arasındakı onlarla elektron məktubu mətbuata ötürüb

Bakı. 5 May. REPORT.AZ/ "Guccifer" təxəllüslü məşhur rumın hakeri Marsel Leksel Lazar bir neçə il əvvəl Hillari Klintonun elektron poçtunun parolunu sındırdığını bəyan edib. "Report"un məlumatına görə, bu haqda o, "Fox News" telekanalına müsahibəsində bildirib.

Amerikada cəza çəkdiyi həbsxanadan telekanala  müsahibə verən haker bildirib ki, 2013-cü ilin martında Klintonun elektron poçtunun parolunu sındırdıqdan dərhal sonra o, ABŞ-ın dövlət katibi öz postundan gedib.

Qeyd edək ki, ABŞ-a ekstradisiyadan sonra məhkəmə prosesinin başlanmasını gözləyən hakerə qarşı cinayət işi keçmiş dövlət katibinin elektron poçtuyla bağlı qaldırılmayıb.

Lakin haker bildirir ki, o, əvvəlcə Klintonun məsləhətçisi Sidni Blyumentalın elekrton poçtunun parolunu sındırıb. Bundan sonra isə skanerin IP ünvanının köməyilə Klintonun elektron ünvanını tapıb və onun elektron poçtunun da parolunu sındırıb. 

Marsel Leksel Lazar bundan sonra Klintonla Blyumental arasındakı onlarla elektron məktubu mətbuata ötürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi