​Riqanın mərkəzində vəhşi meşə heyvanları tutulub - FOTO

​Riqanın mərkəzində vəhşi meşə heyvanları tutulub - FOTO Əməliyyatda iki patrul polisi iştirak edib
Maraqlı
2 May , 2015 22:58
​Riqanın mərkəzində vəhşi meşə heyvanları tutulub - FOTO

Bakı. 2 may. REPORT.AZ/ Riqanın mərkəzində gecələr şəhərdə gəzişən iki qaban tutulub.

“Report” xəbər verir ki, bu barədə Riqa meri Nil Uşakov Facebook səhifəsində yazıb.

“Bu gecə iki qaban Azadlıq heykəlinə qədər gəlib. Bələdiyyə polisi və baytarların birgə səyi nəticəsində hər iki qabanı tutmaq mümkün olub”, - deyə mer bildirib.

Heyvanları polisin videomüşahidə mərkəzinin köməkliyi ilə tutmaq mümkün olub.

“Əməliyyat zamanı elektroşokdan da istifadə olunub. Prosesdə iki patrul polisi iştirak edib”, - deyə mer yazıb.

Son xəbərlər

Orphus sistemi