Yuxarı
    Bağlamaq

    ​Qoyun pritonu işlədən ata və oğlanları həbs olunub

    Müştərilər sayta daxil olaraq şəkillər vasitəsilə özləri üçün istədikləri qoyunu seçmək imkanı əldə ediblər

    Bakı. 21 iyul. REPORT.AZ/ Uelsdə ata və iki oğlu qoyun pritonu işlətdiklərinə görə həbs edilib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, dəstə başçıları olan Adam Kofferti və Con Kofferti qardaşları, eləcə də onların atası Devid Kofferti Suonsidə yerləşən “The Ram Inn” (“Qoyun mehmanxanası”) adı ilə tanınan “centlmenlər klubu” təsis ediblər.

    31 və 28 yaşlarında olan qardaşlar, həmçinin onların 52 yaşlı atası 2011-ci ilin yanvarından 2015-ci ilin iyul ayınadək heyvan pritonu işlətdiklərini etiraf ediblər.

    Suonsi Kral Məhkəməsində keçirilən istintaq dinləmələrindən belə məlum olub ki, dəstə üzvləri “Deep Web” adlanan gizli sayt yaradıblar və müştərilər bu sayta daxil olaraq şəkillər vasitəsilə özləri üçün istədikləri qoyunu seçmək imkanı əldə ediblər.

    Qardaşlar və onların atası cümə axşamı keçirilən məhkəmədə oxunan ittihamnaməyə əsasən, hər biri dörd il müddətinə azadlıqdan məhrum ediliblər.

    Ata isə bildirib ki, övladlarının priton işlətdiklərindən xəbəri olub, lakin onlarla əlbir olmayıb və buna görə pul almayıb.

    İstintaq nəticəsində o da müəyyən edilib ki, “The Ram Inn” priton kimi fəaliyyət göstərib və orada “müştərilərin rahatlığı üçün” güzgülü tavanları olan yataq otaqları yaradılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi