Yuxarı

​Qışın ilk günü Avstraliyaya qar yağıb - FOTO

İyunun 1-i qitədə rəsmi olaraq qış fəsli başlayıb

Bakı. 02 İyun. REPORT.AZ/ Bazar ertəsi, iyunun 1-də Avstraliyada rəsmi olaraq qış fəsli başlayıb və bol qar yağması ilə yadda qalıb.

"Report" xəbər verir ki, qar ölkənin cənub-şərqinə - Tasmaniya, Viktoriya və Cənubi Uelsə yağıb.

Dağ-xizək kurortlarının operatorları qar örtüyünün 30 santimetrə qədər olduğunu qeydə alıblar.

Bildirilir ki, güclü qar təkcə dağlıq ərazilərə deyil, həmçinin bu cür yağıntıların nadir hadisə hesab olunduğu bəzi regionlara, məsələn, ölkənin paytaxtı Kanberraya da yağıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi