Yuxarı

​Qırmızı dənizdə Misir ordusunun qalıqları tapılıb

Tapıntının Misir fironu Exnatonun dövrünə aid olduğu bildirilir

Bakı. 7 noyabr. REPORT.AZ/ Misirin Qədim Əşyalar Nazirliyi Qırmızı dənizdə, Suveyş körfəzinin dibində sualtı arxeoloqlar komandası tərəfindən mühüm tapıntının aşkar edildiyi barədə məlumat yayıb.

"Report" "World News Daily Report" nəşrinə istinadən xəbər verir ki, arxeoloqlar Ras Qərib şəhərindən 1.5 km məsafədə eramızdan əvvəl XIV əsrə - Misir fironu Exnatonun dövrünə aid qədim ordunun qalıqlarını aşkar ediblər.

Qırmızı dənizin dibində 200 kvadrat metr ərazidə 400-ə yaxın skelet, yüzlərlə silah-sursat, həmçinin döyüş arabalarının qalıqları tapılıb.

Arxeoloqların qiymətləndirmələrinə görə, sözügedən ərazidə daha 5 min əşya olmalıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi