​Qırğızıstanda “Son zəng”in qeyd olunması qadağan edilib

​Qırğızıstanda “Son zəng”in qeyd olunması qadağan edilib Təntənəli tədbir yalnız məktəb ərazisində keçiriləcək
Maraqlı
23 May , 2015 21:09
​Qırğızıstanda “Son zəng”in qeyd olunması qadağan edilib

Bakı. 23 may. REPORT.AZ/ Qırğızıstanda orta məktəb məzunları “Son zəng” münasibəti ilə bayram keçirə bilməyəcəklər.

“Report” xəbər verir ki, ölkə hakimiyyəti son zəngin klub və restoranlarda qeyd edilməsinə qadağa qoyub.

Təntənəli tədbirlər yalnız məktəb ərazisində keçiriləcək. Bu, son vaxtlar məzunların iştirakı ilə bədbəxt hadisələrin çoxalmasından irəli gəlib.

Bu il Qırğızıstanda “Son zəng” mayın 29-da keçiriləcək. Məzunlar attestat aldıqları gün ciddi geyimdə olmalıdırlar.

Son xəbərlər

Orphus sistemi