Qəhvə dəri xərçənginə yoluxma riskini azaldır

Qəhvə dəri xərçənginə yoluxma riskini azaldır Gündə 1 fincan qəhvə içən insanlarda dəri xərçənginə yoluxma riski daha az olur
Maraqlı
22 Yanvar , 2015 20:59
Qəhvə dəri xərçənginə yoluxma riskini azaldır

Bakı. 22 yanvar. REPORT.AZ/ Qəhvə dəri xərçənginə yoluxma riskini azaldır. Bu qənaətə ABŞ alimləri apardıqları araşdırmadan sonra gəliblər. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

ABŞ-da 450 min nəfərin iştirakı ilə keçirilən və təxminən 10 ilə yaxın davam edən araşdırmanın nəticəsi göstərib ki, qəhvə dəri xərçəngi növlərinin ən təhlükəli və ölümcülü olan bədxassəli şişin yayılma riskini azaldır. Araşdırmanın ilk vaxtlarında orta hesabla 63 yaşlı sağlam iştirakçılardan təxminən 3 mini 10 il ərzində dəri xərçənginə yoluxub

Elm adamları nizamlı şəkildə gündə 1 fincan qəhvə içən insanlarda dəri xərçənginə yoluxma riski daha az olur. Gündə 4 fincan qəhvə içənlərdə isə bu risk 20 faizdir. Lakin elm adamları gündə 4 fincandan artıq qəhvənin təzyiqi yüksəltdiyi barədə xəbərdarlıq edib.

Tədqiqatın nəticələri "Journal of the National Cancer Institute" jurnalında dərc olunub.

Xatırladaq ki, daha əvvəlki araşdırmalar isə qəhvənin iflic, diabet, qaraciyər xərçənginin azaltmağa kömək edə biləcəyini göstərmişdi.

Son xəbərlər

Orphus sistemi