​Qazaxıstan prezidenti onunla selfi çəkdirmək istəyən milyarderi kənara itələyib - VİDEO

​Qazaxıstan prezidenti onunla selfi çəkdirmək istəyən milyarderi kənara itələyib - VİDEO İnsident Astanada keçirilən MDB ölkələrinin sammitində baş verib
Maraqlı
16 Oktyabr , 2015 22:52
​Qazaxıstan prezidenti onunla selfi çəkdirmək istəyən milyarderi kənara itələyib - VİDEO

Bakı. 16 oktyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev yerli milyarder Bulat Utemuradovun onunla selfi çəkdirmək istəməsinə düşməncəsinə reaksiya verib.

"Report" xəbər verir ki, insident Astanada, MDB ölkələri başçılarının sammiti zamanı baş verib.

Bulat Utemuradov gülümsəyərək telefonla prezidentə yaxınlaşıb və ondan icazə almadan selfi çəkməyə başlayıb. Lakin dövlət başçısı onunla şəkil çəkdirmək istəməyib. Nazarbayev narazı halda və hətta oliqarxın üzünə baxmadan onu əli ilə kənara itələyib. Milyarder isə pərt vəziyyətdə kənara çəkilib.

Son xəbərlər

Orphus sistemi