Yuxarı
    Bağlamaq

    "Qatar Airways"in təyyarəsi dünyanın ən uzun birbaşa uçuşunu həyata keçirib

    14,5 min km. məsafəyə birbaşa uçuş 16 saat 15 dəqiqə çəkib

    Bakı. 6 fevral. REPORT.AZ/ Qətərin paytaxtı Dohadan yola çıxan "Qatar Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi dünyada ilk ən uzun birbaşa kommersiya uçuşunu başa çatdıraraq Yeni Zelandiyanın Oklend şəhər aeroportuna eniş edib.

    "Report" xəbər verir ki, bu barədə "New Zealand Herald" qəzetinin saytı yazıb.

    Qeyd olunur ki, 14,5 min km. məsafəyə birbaşa uçuşun müddəti 16 saat 15 dəqiqə çəkib. Təyyarə təyin olunan yerə cədvəli 15 dəqiqə qabaqlayaraq çatıb. Axşam havanın küləkli olması səbəbindən geri qayıdış 18 saatdan çox vaxt apara bilər.

    Uçuşu 259 yerlik "Boeing 777-200" təyyarəsi yerinə yetirib. Tarixi uçuş zamanı təyyarə tam dolu olub. Heyət üzvləri 4 pilot və 15 stüardessadan ibarət olub. Uçuş zamanı sərnişinlərə ümumilikdə 1100 fincan çay və kofe, həmçinin 2000 soyuq içki verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi