Yuxarı

"Qalatasaray"ın keçmiş qapıçısı Türkiyənin fəxri konsulu təyin edilib

Ərdoğan Kolumbiyada  Fərid Mandraqonla görüşüb

Bakı.11 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kolumbiyanın dövlət naziri Xuan Manuel Santos Kalderon və bir müddət "Qalatasaray" futbol klubunun qapıçısı olmuş Fərid Mandraqonla görüşüb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Mandraqonun bu ilin martında Türkiyəyə gələcəyini bildikdən sonra onu ailəsi ilə birlikdə Prezident Sarayına dəvət edib.

Keçmiş "Qalatasaray"lı karyerasının Türkiyədə keçən 6 ilini heç zaman unutmadığını vurğulayıb.

Mandraqon Türkiyə prezidentinə türkcə müraciət edərək "Burası Sizin evinizdir, sayın başkan", deyib.

Ərdoğan da ispanca: "Gracias" ("Sağ ol") - deyə cavab verib.

Türkiyə prezidenti kolumbiyalı həmkarı ilə görüşdə Mandraqonu Türkiyənin fəxri konsulu təyin etdiyini bildirərək, "o işi bağladıq" deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi