Yuxarı

Psixoloqlar münasibətlərdə uğursuz olanların nə etdiyini tapdılar

​Psixoloqlar münasibətlərdə uğursuz olanların nə etdiyini tapdılar

534

© google.az

Romantik münasibətlərdə silsilə uğursuzluqlara düçar olanlar yeni partnyor seçimində gözləntilərini aşağı tuturlar.

“Report” xəbər verir ki, bu barədə Qərbi Ontario Universitetinin araşdırmasında deyilir.

Araşdırmanın başlanğıcında yaşı 16-73 arası olan bütün könüllü 425 nəfərdə partnyor olmayıb. Yarım il ərzində tədqiqatın iştirakçıları hər ay testdən keçiblər.

Psixoloqları daha çox 6 ay ərzində heç bir münasibətə girməyən 208 könüllünün cavabları maraqlandırıb.

Öz müsbət tərəflərini asanlıqla qeyd edənlər potensial partnyorda da müsbət əlamətlər axtarıblar. Onlar kompromisə razı olmayıblar.

Təcrübənin davam etdiyi 6 ayda bəzi iştirakçılar qarşılıqsız sevgi yaşayıblar. Qarşılıqsız sevgi onların özünəqiymətinə açıq-aşkar təsir edib: öz cəlbediciliyindən şübhələndiklərinə görə gələcək partnyorlarına qarşı daha az tələbkar olublar.

Maraqlıdır ki, könüllülərin partnyorlarına qoyduqları tələblərə qarşılıqlı sevgidən aldıqları təcrübə heç cür təsir etməyib.

Həmçinin məlum olub ki, araşdırma ərzində kişilər qadınlardan daha çox konkret cavab (həm imtina, həm qarşılıq) əldə ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi