Yuxarı
    Bağlamaq

    Polşada elektrik velosiped hazırlanıb

    Akkumulyatorun enerjisi nəqliyyat vasitəsinə 120 kilometrədək hərəkət etməyə imkan verir

    Bakı. 2 avqust. REPORT.AZ/ Polşanın "Avionics" şirkəti özünün yeni ixtirasını – V1 adlı retro elektrik velosipedi təqdim edib.

    "Report" xəbər verir ki, bu barədə UNN agentliyi məlumat yayıb.

    Məlumatda bildirilir ki, o, ötən əsrin 30-cu illərdə mövcud olmuş əsl dizayndan fərqlənir və tamamilə müasir "içlikli"dir. Velosiped saatda 56 kilometr sürətlə hərəkət etməyə imkan verən 5 kVt mühərriklə təchiz edilib.

    İstehsalçının vədinə görə, onun batareyasının doldurulması 3 saatdan artıq vaxt aparmır. Güman edilir ki, akkumulyatorun enerjisi nəqliyyat vasitəsinə 120 kilometrədək hərəkət etməyə imkan verir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi