Polşa mətbuatında Novruzla əlaqədar “Azərbaycanda Yeni il” başlıqlı məqalə dərc edilib

Polşa mətbuatında Novruzla əlaqədar “Azərbaycanda Yeni il” başlıqlı məqalə dərc edilib Məqalədə bayramın tarixi, Azərbaycanda onun qeyd edilməsi ənənələrinə yer verilib
Maraqlı
21 Mart , 2017 16:30
Polşa mətbuatında Novruzla əlaqədar “Azərbaycanda Yeni il” başlıqlı məqalə dərc edilib
Courtesy İmage

Varşava. 21 mart. REPORT.AZ/ Polşanın www.ttg.com.pl (Travel Trends Group) saytında “Azərbaycanda Yeni il” başlıqlı məqalə dərc edilib. 

Azərbaycan Respublikasının Polşadakı Səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə məqalədə (http://ttg.com.pl/nowy-rok-w-azerbejdzanie/) Novruz bayramının tarixi, Azərbaycanda bu bayramın qeyd edilməsi ənənələrinə yer verilib.

Yazıda qeyd edilib ki, keçmiş sovet dönəmində qadağan olunmasına baxmayaraq, Azərbaycan xalqı bu bayramı bağlı qapılar arxasında olsa da qeyd edib. Ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Novruz bayramı rəsmi bayram statusunu alıb.

Məqalədə astronomik təqvim ilə Azərbaycanda yeni ilin 20 mart, saat 14:29-da daxil olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi