Yuxarı
    Bağlamaq

    Pekin metrosunda ilk pilotsuz qatar xəttə buraxılıb

    Bakı. 30 dekabr. REPORT.AZ/ Pekində metro xəttinə ilk dəfə olaraq tam avtomatlaşdırılmış, pilotsuz qatar buraxılıb.

    "Report" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

    "Yanfan" yeraltı dəmir yolunun yeni qolunun uzunluğu 14,4 kilometrdir. O, doqquz stansiyaya açılır. Xətt Pekin yaxınlığındakı Yanşanı Fanşan rayonu ilə birləşdirir. Burada eniş edib şəhərin mərkəzinə getmək mümkündür.

    Qeyd edilir ki, qatar Çində istehsal edilib. Onun maksimal sürəti saatda 80 kilometrdir.

    Qatarın tam avtomatlaşdırılmasına baxmayaraq, kabinədə fövqəladə hallara qarşı maşinist var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi