Yuxarı
    Bağlamaq

    Parisli taksi sürücüsü 1,5 milyon avro dəyərindəki fotonu sahibinə qaytarıb

    Söhbət Luço Fontananın Concetto spaziale seriyasından olan 1965-ci ilin fotosundan gedir© Le Figaro

    Bakı. 3 may. REPORT.AZ/ Parisli taksi sürücüsü sahibinin avtomobildə unutduğu 1,5 milyon avro dəyərindəki fotonu onun özünə qaytarıb.

    "Report" UPI-yə istinadən xəbər verir ki, daha öncə art-dilerin italyan rəssam Luço Fontananın əl işi olan əsəri avtomobildə unutduğu məlum olub. Məlumata görə, məşhur qalereyaçılar ailəsinin varisinin başı zəngə cavab verməyə qarışdığından fotonu götürməyi unudub.

    Art-diler yardım üçün polisə müraciət edib. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, taksi sürücüsü şəkli geri qaytarıb.

    Söhbət L.Fontananın "Concetto spaziale" seriyasından olan 1965-ci ilin fotosundan gedir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi