Parisin mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Parisin mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır Mer, 2020-ci ilə Parisdə dizellə işləyən maşınların hərəkətini qadağan edəcəyinə ümid edir
Maraqlı
7 Dekabr , 2014 15:26
Parisin mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bakı. 7 dekabr. REPORT.AZ/ Parisin 4 mərkəzi rayonu maşınlardan demək olar ki, azad olacaq.

"Report"-un Azadlıq Radiosu-na istinadən verdiyi məlumata görə, Paris meri Anne Hidalgonun təqdim etdiyi plana görə, şəhərin mərkəzi rayonlarına avtobus, taksilərdən başqa yalnız burda yaşayanların maşınları daxil ola biləcək.

Bu plan həftəsonları işləyəcək, ancaq sonra həftənin bütün günlərinə aid ediləcək.

Mer deyib ki, o, 2020-ci ilə Parisdə dizellə işləyən maşınların hərəkətini qadağan edəcəyinə ümid edir.

Hidalgo deyib ki, “2011-cfi ildə parslilərin 60 faizinin öz maşını var idi, indi maşını olanlar 40 faizdir. Özü də vəziyyət sürətlə dəyişir”.

Son xəbərlər

Orphus sistemi