​Pakistanlı qız ABŞ-da ən çox bəyənilən ikinci, Mişel Obama isə 4-cü qadındır

​Pakistanlı qız ABŞ-da ən çox bəyənilən ikinci, Mişel Obama isə 4-cü qadındır Rəyi soruşulanların 17 faizi Barak Omabanı bəyənib
Maraqlı
29 Dekabr , 2015 18:03
​Pakistanlı qız ABŞ-da ən çox bəyənilən ikinci, Mişel Obama isə 4-cü qadındır

Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və Demokratlar Partiyasından ölkə prezidentliyinə iddiaçı, keçmiş dövlət katibi Hillari Klinton "2015-ci ilin ən bəyənilən" adamları seçiliblər. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın tanınmış "Gallup" sosial araşdırma şirkəti ABŞ-da əhalinin ən çox bəyəndiyi kişi və qadını müəyyənləşdirmək üçün rəy sorğusu keçirib. 

Məlumata görə, rəyi soruşulanların 17 faizi Barak Omabanı bəyənib. Hər il keçirilən bu sorğu siyahısına ABŞ lideri səkkizinci dəfə başçılıq edib.

Hillari Klinton isə ABŞ sakinlərinin bəyəndiyi qadınların siyahısında birinci olub.

Ən çox bəyənilən kişilərin siyahısında sonrakı yerləri Respublikaçılar Partiyasından prezidentiliyə namizəd olmaq istəyən Donald Trump və Roma Papası Frantsisk tutublar.

ABŞ əhalisinin bəyəndiyi qadınlar arasında Pakistan vətəndaşı Malala Yusifzay da var. O, Hillari Klintondan sonra siyahıda ikinci yerdədir. Rəyi sorşulan amerkalılar sonrakı yeri televiziya aparıcısı Opra Uinfri və ölkənin birinci xanımı Mişel Obamaya veriblər.

Qeyd edək ki, Malala Yusifzay 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi