Yuxarı
    Bağlamaq

    Pakistanda məhkəmə Sevgililər Gününün qeyd olunmasını qadağan edib

    Həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən qeydetmə qadağandır

    Bakı. 13 fevral. REPORT.AZ/ İslamabad Ali Məhkəməsi Pakistan ərazisində Müqəddəs Valentin günü - Sevgililər Gününün qeyd olunmasını qadağan edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hökm bayramın qadağan olunmasını tələb edən və onun İslam ənənələri ilə heç bir əlaqəsinin olmamasını qeyd edən petisiyaya baxılması əsasında verilib.

    Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən qeydetmə qadağandır. Eyni zamanda, bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan edilib.

    Xatırladaq ki, Sevgililər Günü hər il fevralın 14-də qeyd olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi