Oxfam : Dünya əhalisinin bir faizini təşkil edən zənginlər qlobal sərvətlərin yarısına sahib olacaq

Oxfam : Dünya əhalisinin bir faizini təşkil edən zənginlər qlobal sərvətlərin yarısına sahib olacaq Təşkilatın hesabatı İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadiyyat Forumunda açıqlanıb
Maraqlı
20 Yanvar , 2015 00:51
Oxfam : Dünya əhalisinin bir faizini təşkil edən zənginlər qlobal sərvətlərin yarısına sahib olacaq

BAKI. 20 yanvar. REPORT.AZ/ Dünya əhalisinin 1 faizini təşkil edən zənginlər gələn il planetimizin sərvətlərinin əksər hissəsinə sahib olacaq.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, Oxfam təşkilatının bildirdiyinə görə, 2014-cü ildə qlobal zənginlik 48 faiz təşkil edib. 2009 bu göstərici 44 faiz olub, 2016-ci ildə isə 50 faiz təşkil etməlidir.

Təşkilatın hesabatı İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadiyyat Forumunda açıqlanıb.

Hesabatda “qeyri-bərabərlik partlayışının” qlobal yoxsulluqla mübarizəyə mane olduğu barədə xəbərdarlıq verilir. Bildirilir ki, dünyada hər 10 nəfərdən 9-u kifayət qədər ərzaq əldə edə bilmir, bir milyarddan artıq insanın gündəlik gəliri 1.25-dan azdır.

Hesabatda deyilir ki, dünyada 80 ən zəngin adam 1.9 trillionluq əmlaka sahibdir. Eyni dərəcədə sərvəti 3.5 milyard insan bölüşür.

Oxfam sərvət uçurumunun aradan qaldırılması üçün vergilərdən yayınanların cəzalandırılması, ictimai xidmətlərin yaxşılaşdırılması, minimum əmək haqlarının yüksəldilməsi kimi ölçülər götürülməsinə çağırır.

Son xəbərlər

Orphus sistemi