OPEC: 2022-ci ilədək neftə olan tələbat sutkada 102,3 milyon barelə qədər artacaq

OPEC: 2022-ci ilədək neftə olan tələbat sutkada 102,3 milyon barelə qədər artacaq Tələbat artımına əsas töhfəni Beynəlxalq Dəniz Təşkilatının yeni tələbləri verəcək
Maraqlı
8 Noyabr , 2017 02:32
OPEC: 2022-ci ilədək neftə olan tələbat sutkada 102,3 milyon barelə qədər artacaq

Bakı. 8 noyabr. REPORT.AZ/ OPEC 2022-ci ilə qədər neftə olan ortamüddətli qlobal artım proqnozunu sutkada 102,3 milyon barelə qədər artırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın "World oil outlook 2017" adlı illik hesabatında bildirilir.

Bu rəqəm ötən ilin hesabatına nisbətdə bir barelə görə 2,24 mln. barel artırılıb.

Neftə olan tələbatın artmasına əsas töhfəni Beynəlxalq Dəniz Təşkilatının (IMO) yeni tələbləri verəcək. Yeni tələblər 2020-ci ildən etibarən dəniz gəmilərinin yüksək kükürdlü yanacaqdan istifadəsini məhdudlaşdırır.

OPEC ekspertlərinin fikrincə, mazutdan dizel yanacağına keçid daha böyük həcmlərdə neft emalı tələb edir. Hesabata görə, təkcə bu amil tələbatı sutkada 1,4 mln. barel artıracaq.

Uzunmüddətli perspektivdə – 2040-cı ilədək neftə tələbat sutkada 111,1 mln. barelə çatacaq. 2016-cı ilin səviyyəsi ilə müqayisədə göstərici artımı təqribən 16 mln. barel təşkil edəcək.

Bununla yanaşı 2017-ci ildə tələbat sutkada 96,8 mln. barel, 2018-ci ildə 98,2 mln, 2019-cu ildə 99,4 mln, 2020-ci ildə 100,7 mln, və 2021-ci ildə 101,5 mln barelə bərabər olacaq.

Son xəbərlər

Orphus sistemi