Bakı. 29 mart. REPORT.AZ/ 12 yaşlı oğlunun 120 kq-dək kökəlməsinə səbəb olan ana 6 ay müddətinə valideynlik hüququndan məhrum edilib.
"Report" Rusiyanın "NTV" telekanalına istinadən xəbər verir ki, yeniyetmə Daud anasının geri götürdüyü internata qayıtmalı olacaq.
Hadisə Başqırdıstanın Ufa şəhərində baş verib. Mütəxəssislər ailə ilə görüşüb. Məlum olub ki, oğlanın anası Kərimə Bibarsova aşbazdır. O, oğlu Dauda döymə ət və donuz qabırğasından hazırladığı yeməklər yedizdirirmiş. Sosial xidmət sahəsinin əməkdaşları yeniyetmənin oxuya bilmədiyini, çap hərfi ilə yazdığını müəyyən ediblər.
Oğlanın çoxdandır həkimə müraciət etmədiyi də aşkarlanıb. Halbuki o, davamlı olaraq, analizlər verməli və pəhriz saxlamalıdır.
Nəhayət, qəyyumluqla məşğul olan təşkilatlar K.Bibarsovanı məhkəməyə verərək, onun valideyn hüququnun məhdudlaşdırılmasını istəyiblər. Hazırda Daud üçün 6 ay müddətinə qəyyum axtarılır.