Yuxarı
    Bağlamaq

    Obamanın "Twitter"dəki statusu sosial şəbəkədə ilin ən populyar paylaşımı olub

    Tramp Twitterdə adı çəkilən ən populyar vəzifəli şəxs olub

    Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Barak Obamanın paylaşımı bu il "Twitter" sosial şəbəkəsində ən çox bəyənmə toplayıb.

    “Report” xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

    Qeyd edilir ki, Obamanın paylaşımları üç dəfə tvitlərin ilk onluğuna daxil olub. Onun avqustun 13-dəki paylaşımı 4.6 milyon bəyənmə toplayıb. Bununla yanaşı, 1,7 milyon dəfədən çox paylaşılıb. 

    Paylaşımda deyilir ki, heç kəs dərisinin rənginə, dini və mənsubiyyətinə görə digər insanlar tərəfindən nifrət edilən şəxs kimi doğulmur. 

    Top-tvitlər siyahısına müğənni Adriana Qrande və "Linkin Park" qrupunun da paylaşımları daxil olub.

    "Twitter"dəki fəallığına baxmayaraq, ABŞ-ın hazırkı prezidenti Donald Tramp top-tvitlər siyahısına düşməyib. Buna baxmayaraq, Tramp "Twitter"də adı çəkilən ən populyar vəzifəli şəxs olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi