Barak ​Obamanın maskası ilə oğurluq edənlər tutulub

Barak ​Obamanın maskası ilə oğurluq edənlər tutulub Onlar 11 şəhərdə dükan və Yanacaqdoldurma Məntəqəsini qarət etməkdə şübhəli bilinirlər
Maraqlı
11 İyul , 2015 13:53
Barak ​Obamanın maskası ilə oğurluq edənlər tutulub

Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının polisi ölkə prezidenti Barak Obamanın maskası ilə dükanları qarət etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu haqda "KTLA" telekanalı məlumat yayıb.

River Pobison və Frenki Ernandes adlı bu iki nəfər bu ilin mayın 29-dan iyulun 9-dək 15 oğurluq hadisəsində ittiham olunurlar.

Onlar 11 şəhərdə dükan və Yanacaqdoldurma Məntəqəsini qarət etməkdə şübhəli bilinirlər. River Pobison və Frenki Ernandesi barmaq izlərinə əsasən tutmaq mümkün olub.

Polis River Pobison evində axtarış apararkən, oradan 150 marixuana kolu aşkarlayıb. Hər iki şübhəli həbsxanadadır. Onların buraxılması üçün bir milyon dollar məbləğində girov müəyyənləşdirilib. 

Son xəbərlər

Orphus sistemi