Yuxarı
    Bağlamaq

    Obama "Wired" jurnalının noyabr nömrəsinin redaktoru olacaq

    Bu, ABŞ-da vəzifəsini icra etməkdə olan prezidentin jurnal redaktoru kimi çalışması baxımından ilk hadisədir

    Bakı. 31 avqust. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama "Wired" Amerika jurnalının noyabr nömrəsinin redaktoru olacaq.

    "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

    Məlumata görə, bu, ABŞ tarixində vəzifə səlahiyyətlərini icra etməkdə olan prezidentin jurnal redaktoru kimi çalışması baxımından ilk hadisədir. Jurnalın noyabr nömrəsinin mövzusu "İmkanların sərhədləri" adlanır.

    "Biz müasir texnologiyaların siyasi rəhbərliyə təsir göstərə bilməsi üzərində baş sındırmaq istəyirik. Obamadan başqa kim bizə bu ideyaları araşdırmaq işində daha yaxşı kömək edə bilər? – deyə "Wired"in baş redaktoru Skott Dadiç bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi