​Nyu-Yorkda metro və avtobuslara siyasi reklamların yapışdırılması yasaqlanıb

​Nyu-Yorkda metro və avtobuslara siyasi reklamların yapışdırılması yasaqlanıb İctimai nəqliyyatda islamafobiyanı təbliğ edən reklamlar da qadağan edilib
Maraqlı
30 Aprel , 2015 12:22
​Nyu-Yorkda metro və avtobuslara siyasi reklamların yapışdırılması yasaqlanıb

Bakı. 30 aprel. REPORT.AZ/ Nyu-Yorkda ictimai nəqliyyatda - metro və avtobuslarda islamafobiyanı təbliğ edən reklamlar qadağan edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York şəhəri İctimai Nəqiliyyat Departamenti bununla bağlı qərar qəbul edib. 

Məlumatda qeyd olunub ki, məhkəmə İsrail tərəfdarı olan qrupların "HƏMAS" yəhudiləri öldürür", "Müsəlmanlar yəhudiləri öldürür" kimi şüarlar yazıb metro stansiyaları, qatar və avtobuslara yapışdırmasına icazə verən qərar qəbul edib. Amma Nyu-York şəhəri İctimai Nəqiliyyat Departamentinin Direktorlar Şurası bu qərardan narazı qalıb. 

Departament siyasi xarakterli istənilən reklamların ictimai nəqliyyatda təbliğinin yasaqlanması haqda qərar qəbul edib.

Qurumun baş müşaviri Cer Peyc bildirib ki, birtərəfli və təhqiredici məzmunda olan reklamlar qəbul edilməyəcək. Departamentin təmsilçisi Adam Lisbreq isə şəhərdəki bütün ictimai nəqliyyat vasitələrindən siyasi xarakterli reklamların yığışdırılacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi