Yuxarı
    Bağlamaq

    ​Nyu-Yorkda hərraca 20 milyonluq iki sikkə çıxarılır

    İndiyədək hərracda ən bahalı sikkə 10 milyon dollara satılıb

    Bakı. 9 mart. REPORT.AZ/ Nyu-Yorkda iki nadir sikkə hərraca çıxarılır.

    "Report" "TASS"a istinadən xəbər verir ki, tədbiri "Steks Bowers gelleriz" və "Sotheby's" hərrac evi təşkil edir.

    Məlumata görə, onların ilkin qiyməti azı 10 milyon dollardır.

    5 dollarlıq qızıl sikkə 1822-ci, gümüşdən olan digər 5 dollarlıq sikkə isə 1804-cü ildə hazırlanıb. Hər iki pul Texasdan olan Meka Poq və onun oğlu Di Brentin şəxsi kolleksiyasına daxildir.

    İndiyədək hərracda ən bahalı sikkə 10 milyon dollara satılıb. Həmin pul 1794-cü ildə düzəldilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi