Yuxarı

Nyu-Yorkda dünyanın ən bahalı metro stansiyası açılıb

Metro stansiyasının tikintisi üçün 4 milyard dollar xərclənib

Bakı. 4 mart. REPORT.AZ/ Nyu-Yorkda aşağı Manhetten rayonunda dünyanın ən bahalı metro stansiyası açılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, stansiya Ümumdünya ticarət mərkəzinin yanında yerləşir. Onun tikintisi planlaşdırıldığı kimi 5 yox, 12 il davam edib.

Metro stansiyasının tikintisi üçün 4 milyard dollar xərclənib. Bu isə ilkin olaraq tikinti üçün nəzərdə tutulmuş məbləğdən təxminən 2 dəfə artıqdır. "Forbes" jurnalının məlumatına görə, bu, dünyada analoji tikililər üçün rekord məbləğdir.

Şüşə və betondan hazırlanmış monumental konstruksiyanın memarı ispan rəssam-futurist Santyaqo Kalatravadır. Onun ideyasına görə, yeni tranzit qovşağı üzərindəki binanın damı nəhəng ağ quş qanadlarını xatırlatmalıdır.

Yeni nəqliyyat qovşağı metropolitenin 11 xəttini, şəhərətrafı qatar stansiyası ilə Betteri park bərə keçidini birləşdirir. Onun gün ərzində təxminən 250 min sərnişinə xidmət göstərəcəyi ehtimal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi