Yuxarı

​Nyu-York sakini evindəki oğurluq hadisəsini canlı izləyib - VİDEO

Oğrular evdən 80 dollar dəyərində qolbaq apara biliblər

Bakı. 20 sentyabr. REPORT.AZ/ Nyu-York sakini kirayə qaldığı mənzildə baş verən oğurluq hadisəsinin "Canary" mühafizə sistemi vasitəsi ilə əldə etdiyi videoyazısını internetə yerləşdirib.

"Report" xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb.

Sistem bir neçə ötürücüdən istifadə edir və çağırılmamış qonaqlar, yaxud hər hansı başqa qeyri-standart vəziyyətlər barədə xəbər verir. Bundan əlavə, o ev sahibinin smartfonunda quraşdırılmış kameranın köməkliyi ilə evi izləmək imkanı verir.

Videoyazıda iki oğru növbə ilə pəncərədən evə daxil olur. Sonradan onlardan biri deyir: "Bizi gördülər". Və onlar təcili olaraq mənzili tərk edirlər. Bir neçə dəqiqədən sonra siqnalizasiya sistemi işə düşür.

Video müəllifi qeyd edir ki, o, polislərə zəng etdiyindən siqnalizasiyanı gec işə salıb. Denni adlı Nyu-York sakini oğruların evdən dəyəri 80 dollar olan qolbaq aparmağa macal tapdıqlarını qeyd edib.

Hazırda polis videoda üzləri aydın görünən şübhəli şəxslərin axtarışı ilə məşğuldur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi