Yuxarı

​Norveçin baş naziri ölkəsində neft və təbii qazın bitəcəyi ili açıqlayıb

Bu ölkə neft ixracatı üzrə dünyanın 5-ci, təbii qaza görə isə 2-ci dövlətidir

Bakı.8 aprel. REPORT.AZ/ Norveçin 80 illik neft və təbii qaz ehtiyatı qalıb.

"Report" xəbər verir ki, bunu ölkənin baş naziri Erna Solberg bildirib.

Hökumət başçısının sözlərinə görə, bərpa olunun enerji mənbələrinə sərmayə qoyulması haqda düşünmək lazımdır.

Diqqəti Norveç iqtisadiyyatında neft və təbii qazın roluna çəkən baş nazir deyib: "Ölkəmizin 80 illik neft və təbii qaz ehtiyatı qalıb. Buna görə enerji sistemi üzərində daha çox işləmək gərəkdir".

Xatırladaq ki, Norveç neft ixracatı üzrə dünyanın 5-ci, təbii qaza görə isə 2-ci dövlətidir. O, Avropaya ən çox təbii qaz ixrac edən ikinci ölkədədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi