Norveçdə robot poçtalyon fəaliyyət göstərəcək

Norveçdə robot poçtalyon fəaliyyət göstərəcək Bakı. 3 noyabr. REPORT.AZ/ Norveçdə məktubları və bağlamaları evlərə robot poçtalyon daşıyacaq.
Maraqlı
3 Noyabr , 2018 01:42
Norveçdə robot poçtalyon fəaliyyət göstərəcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Norveçdə məktubları və bağlamaları evlərə robot poçtalyon daşıyacaq.

Bu barədə "Report" "Digital Trends"-ə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, robot Amerika və Norveçin müştərək şirkəti olan "Buddy Mobility" tərəfindən hazırlanıb. İlkin mərhələdə o, Konsberq şəhərində sınaq rejimində işə başlayacaq.

O, xarici görünüşünə görə təkər üzərindəki böyük qutuya bənzəyir. Layihə müəllifinin sözlərinə görə, robot saatda 6 kilometr sürətlə hərəkət edə və hər gün 100-ə yaxın ünvana xidmət göstərə biləcək.

Əgər eksperiment uğurlu olsa, layihə daha da inkişaf etdiriləcək.

Son xəbərlər

Orphus sistemi