Yuxarı

"Norton" antivirusu fəaliyyətini dayandırıb

İstehsalçı şirkət proqram üçün yeniləmə buraxmayacaq

Bakı. 21 avqust. REPORT.AZ/ Öz işinə 1991-ci ildən başlayan məşhur "Norton" antivirusu öz fəaliyyətini dayandırıb.

Report-un İCT NEWS-a istinadən verdiyi xəbərə görə, antivirusun istehsalçısı - "Symantec" şirkəti bildirib ki, proqram üçün yeniləmələr buraxmayacaq. 

Məlumata əsasən, şirkət bir neçə məhsulunu bir proqramda birləşdirmək niyyətindədir. 

Qeyd edək ki, "Norton" antivirusunun 50 mln.-dan artıq istifadəçisi var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi