Yuxarı

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb
Onun dəyəri 1000 avro qiymətləndirilir

Bakı. 27 iyun. REPORT.AZ/ Niderlandın Bruk kəndində yerləşən tövlənin damına yaşı 4,5 milyard il olan meteorit düşüb.

"Report" xəbər verir ki, bu barədə "Dutch News" portalı yazıb.

KİV-in məlumatına görə, daş hələ yanvar ayında düşüb, lakin alimlər onun xassəsini indi müəyyən ediblər.

Qeyd olunur ki, tövlə sahibləri çəkisi təqribən 500 qam olan meteoriti aşkar edərək Leyden şəhərinin təbii elmlər muzeyinə təhvil veriblər.

Onun dəyəri 1000 avro məbləğində qiymətləndirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi