Yuxarı

Binyamin Netanyahunun xanımı restoran yeməyi sifarişlərinə görə cərimə edilib

​Netanyahunun xanımı restoran yeməyi sifarişlərinə görə cərimə edilib

İsrail məhkəməsi ölkənin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunu büdcə vəsaitlərini restoran yeməyinə qanunsuz xərclədiyinə görə cərimə edib.

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə "Kan" teleradio şirkəti verib.

Qeyd edilir ki, bununla bağlı dörd illik təhqiqatlara son qoyulub. Məhkəmə S.Netanyahu və dövlət prokurorunun ofisi arasında sazişi təsdiqləyib. Sazişə əsasən büdcəyə 55 min şekele (təxminən 15 min dollar) qaytarılacaq.

Radiostansiyanın məlumatına görə, Sara Netanyahu saziş çərçivəsində özünü günahkar saymağa razılaşıb. Amma onun əleyhinə olan büdcə vəsaitələrinin bədxərcliyi və dələduzluq ittihamları ləğv edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi