Nessi həyəcanını doğuran ən adi ağac gövdələri ola bilər

Nessi həyəcanını doğuran ən adi ağac gövdələri ola bilər Lox Ness gölünün sirrinə daha bir açar təklif olundu
Maraqlı
23 Noyabr , 2014 15:28
Nessi həyəcanını doğuran ən adi ağac gövdələri ola bilər
Bakı. 23 noyabr. REPORT.AZ/ Şotlandiyanın məhşur Lox Ness gölünün müəmmalı varlığı - Nessinin mənşəyi haqda daha bir ehtimal irəli sürülüb.

"Report"-un Azadlıq radiosuna istinadən xəbərinə görə, yerli ekoloji təşkilat fəalları hesab edirlər ki, Nessi həyəcanını doğuran ən adi ağac gövdələridir. Yaxınlıqdakı boğazdan suya düşən ağaclarları suyun axını düz Lox Nessə, indiyədək qeydə alınan minlərlə müşahidlərin baş veridyi sahillərə aparır.

18 ay idi ki, qədim dinozavr formasında təsvir olunan canlını “gördüm” deyən yox idi.

Lox Ness varlığının ilk müşahidəsi 6-cı əsrə təsadüf edir. Müasir dövrün ilk Nessi görüntüləri isə 1933-cü ildə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi