​Nepalın paytaxtı yerindən 3 metr sürüşüb

​Nepalın paytaxtı yerindən 3 metr sürüşüb Zəlzələ Everestin hündürlüyünə təsir etməyib
Maraqlı
28 Aprel , 2015 13:25
​Nepalın paytaxtı yerindən 3 metr sürüşüb

Bakı. 28 aprel. REPORT.AZ/ Nepalda baş verən zəlzələ Everest zirvəsinin hündürlüyünə təsir etməyib.

"Report" xəbər verir ki, bu haqda Britaniya KİV-i məlumat yayıb.

Kembric Universitetinin tektonik dəyişikliklər üzrə mütəxəssisi Ceyms Cekson əlavə edib ki, Nepalın paytaxtı Katmandunun yerləşdiyi torpaq 3 metr cənuba doğru "hərəkət edib".

Avstraliyanın Adelaid Universitetinin alimləri də Everest yüksəkliyinin dəyişikliyə uğramadığı qənaətinə gəliblər. "Əsas hərəkət Everestdən qərbdə, tektonik yerdəyişmələrin sıx olduğu ərazidə baş verib", - onlar vurğulayıb.

Qeyd edək ki, Everest dəniz səviyyəsindən 8 min 848 metr hündürdür.

Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində dörd mindən çox insan ölüb, 7 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Bununla belə, ölənlərin sayının on minə çatacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi