​Nepalda 4 aylıq körpə dağıntılar altında sağ qalıb

​Nepalda 4 aylıq körpə dağıntılar altında sağ qalıb İlkin müayinə zamanı ciddi travma aşkar olunmayıb
Maraqlı
29 Aprel , 2015 23:55
​Nepalda 4 aylıq körpə dağıntılar altında sağ qalıb

Bakı. 29 aprel. REPORT.AZ/ Nepalın paytaxtı Katmanduda 22 saat dağıntılar altında qalan dörd aylıq oğlan uşağı aşkar edilib.

"Report" xəbər verir ki, xilasetmə işləri aparan əsgərlər uşağın öldüyünü zənn edərək axtarışları dayandırıblar.

Bir neçə saatdan sonra körpə ağlamağa başlayıb və onu dağıntılar altından çıxardıblar.

Aparılan ilkin müayinə zamanı uşaqda ciddi travma aşkar olunmayıb.

25–26 aprel tarixlərində Nepalda baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 4 min 138 nəfərə çatıb. Dağıntılar altında hələ də çox insanın qalması səbəbindən, ölənlərin sayının artacağı gözlənilir.

Hazırda ölkədə üçgünlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi